Xaçmazda vəzifəli şəxs məsuliyyətə cəlb edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xaçmazda ətraf mühitin çirkləndirilməsinə görə növbəti bələdiyyə sədri
məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının
sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması
məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qobuqırağı kəndi
ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı
ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə,
kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.