099f085d-5c20-4411-becb-72b464c2c576..jpg

Xaçmazın 100-ə yaxın kəndi işıqsız qaldı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 2. 784 dəfə baxılıb.

Xaçmazın 100-ə yaxın kəndi işıqsız qaldı – YENİLƏNİB + VİDEO

Xaçmazda küləyin enerji sarıdan törətdiyi fəsadlar aradan qaldırılır.

Bizim.media-nın məlumatına görə, rayon mərkəzində və 94 yaşayış məntəqəsində
səhər saatlarından kəsilən enerji verilişinin bərpası üçün “Azərişıq” ASC-nin
Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları işləri davam etdirir.

Rayonun bir hissəsinə enerji verilişi bərpa olunsa da, abonentlərin xeyli
hissəsi səhər saatlarından işıqsızdır.

20:56

Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.

“Report”un xəbərinə görə, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış
məntəqəsində – 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr
yaranıb.

Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb,
həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış
binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.

Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması
istiqamətində müvafiq işlər aparılır.


Source link