Xalasının ərini yumruqla öldürən “Kürd Vüqar” həbsdə saxlanıldı

Xalasının ərini yumruqla öldürən “Kürd Vüqar” həbsdə saxlanıldı

Baxış sayı: 4. 038 dəfə baxılıb.

Xalasının ərini yumruqla öldürən “Kürd Vüqar” həbsdə saxlanıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda xalasının ərini yumruqla vurub öldürməkdə təqsirləndirilən, “Kürd Vüqar” ləqəbi ilə tanınan Vüqar Hüseynovun barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, V.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə 2018-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Belə ki, V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək vəfat edib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən V.Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. Yumruq zərbələrindən M.Şakirov yerə yıxılıb. O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Xatırladaq ki, V.Hüseynovun qardaşı Fədail Hüseynov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük həbs cəzası alıb.

O, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirib.

Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn F.Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, ona çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq qətlə yetirib.

V.Əbilhəsənova bələdiyyə sədri olmaqla yanaşı, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi olub. Hadisənin şəxsi münaqişə zamanı baş verdiyi, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.