Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
ÇıxışYolu.Com-nun məlumatına görə, İqtisadiyyat Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat versin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.