Xalq artisti Afaq Bəşirqızı: “İndi ərinə vəfalı, təmiz qadınlar çox azdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Eqologiya” qadının təmizliyi, kişilərin səliqəsidir. Onu yaradan insanların
özüdür. Əgər biz təmizkar olsaq, qara paltarı yuyub suyunda ağ paltar yumasaq
“eqologiya” əladır. O, Söylüdür: hər şeydən, hər kəsdən fərqlənən təmiz
obrazdır”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı verilişlərin
birində deyib. Aktrisa məşhur “Bəxt üzüyü” filmindəki Söylü obrazından danışıb:
“Ərini dahi hesab edən, xoşbəxtlik qafiyəsini tapa bilməyən, bununla da
Söylünü xoşbəxt edən. Çünki xoşbəxtliyə qafiyə tapılsa, Söylü və bir çox
ailələr olmazdı. Xoşbəxtliyin qafiyəsi yaxşı deyil. O da özünü Moşunun arvadı
sayırsa və onu dahi Füzuli, Nizami ilə bir tutursa, demək Söylü təmiz adamdır.
Çünki indi ərinə bu qədər vəfalı, təmiz, sevgili qadınlar çox azdır”