6ce225ba-8629-4387-bce2-0a554063dcc7..jpg

Xalq artisti: “Bəzən yol polisləri məni görən kimi hörmətlə salam verib buraxırdılar” – FOTO

Baxış sayı: 898 dəfə baxılıb.

Xalq artisti: “Bəzən yol polisləri məni görən kimi hörmətlə salam verib
buraxırdılar” – FOTO

“Bəzi aktyorlar övladlarının bu sənətlə məşğul olmasını istəmirlər. Onlardan
fərqli olaraq mən bunu istəyirdim”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib.

O bildirib ki, oğlu Ülvi Qasımovu mərhum rejissor Tofiq İsmayılovun “Vulkana
doğru” və “Musiqi müəllimi” filmlərinə çəkib.

“Qeyd etdiyim ”Musiqi müəllimi” filmində baş rolu Sərxan Sərxan oynayır. Ülvi
isə Teymur obrazını canlandırır. Oğlum gözünü dünyaya açandan məni bu sənətdə
görüb. O vaxtlar bağa, yaxud harasa gedəndə bəzən yol polisləri saxlayır, gəlib
məni görən kimi hörmətlə salam verib buraxırdılar. Ülvi də həmişə deyirdi ki,
ata, mən də böyüyəndə aktyor olacam, hamı tanıyacaq, yol polisləri də məni
saxlamayacaq.

Amma böyüdükcə aktyorluğa deyil, rejissorluğa maraq göstərdi. Halbuki
filmlərdə çox yaxşı oynayıb. Bacarığı var. Amma davam etdirmədi. Yeddi filmin
icraçı prodüseri olub”.

Qeyd edək ki, Ülvi Qasımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rejissorluq ixtisası üzrə təhsil alıb. Uşaq yaşlarında
filmlərdə və “Mozalan” kinojurnalına çəkilib. 2012-ci ildən “Azərbaycanfilm”
kinostudiyasında çəkilən filmlərdə prodüser olaraq çalışır.

Fransa istehsalı olan “Birləşmiş ehtiraslar” (2014, rejissor Frederik
Auburtin) filminin Azərbaycan çəkilişlərinin icraçı prodüseri olub.

Çoxsaylı reklam, klip və filmlərin, konsert proqramlarının və tədbirlərin
prodüseridir.

Source link