054d3485-fb4b-4fde-9249-c980f2d52f2b..jpg

Xalq artisti bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən DANIŞDI

Baxış sayı: 576 dəfə baxılıb.

Xalq artisti bibisi Zeynəb Xanlarova ilə münasibətlərindən DANIŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Mehriban Xanlarova verilişlərin birində bibisi, Xalq artisti
Zeynəb Xanlarova ilə münasibətləri barədə danışıb.

Lent.az-ın məlumatına görə, o böyük bacısı ilə birlikdə Zeynəb Xanlarovanın
evində yaşadığını deyib.

“Üçüncü sinifdə oxuyanda böyük bacımla birlikdə Zeynəb Xanlarovanın yanında
qalırdıq. Atam-anam lal-kar olduğuna görə evimizdə lal dilində danışılırdı. Mən
heç nə başa düşmürdüm. Kimsə nəsə deyəndə gərək, işarə ilə göstərərdi. Bir
müddət bizə onun evində baxdılar.

Bəlkə bununla atama kömək edirdi. Bütün xərclərimizi ödəyirdi. Evdə çalışanlar
olsa da, bacımla mən də iş görürdük. Evi sadə idi. Səkkizinci sinifdə oxuyanda
onun yanından getdim”, – deyə o bildirib.

Aktrisa daha Zeynəb Xanlarova ilə görüşə bilmədiyini söyləyib:

“Əlçatmaz ulduzdur. Gedir xaricə, gəlir. Hamı onu necə görürsə, mən də elə.
Çox az görürəm”.

Source link