Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi

Baxış sayı: 2. 410 dəfə baxılıb.

Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib.

Teatrın mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra, 69 yaşında dünyasını dəyişib.

Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb.

Onun yaratdığı Ayı (A.P.Çexov, “Ayı”), Bernardo (L.de Veqa, “Xitroumnaya vlüblennaya”), Rasputin (R.İbrahimbəyov, “Petlya”), Çingizxan (M.Şaxanov, “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri, “Burla Xatun”), Şamrayev (A.P.Çexov, “Qağayı”), Professor (N.Rəsulzadə, “Nonsens”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Y.Baliyev bir neçə filmdə də çəkilib. “Ovsunçu”, “Babək”, “Salandar”, “Tehran-43” və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

.
www.ÇıxışYolu.Com