48f23090-9ccd-4366-839c-0c10b770359d..jpg

Xalq artisti Flora Kərimova: “Elzanın birinci mühəndisi olmuşam”

Baxış sayı: 581 dəfə baxılıb.

Xalq artisti Flora Kərimova: “Elzanın birinci mühəndisi olmuşam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Flora Kərimova növbəti açıqlaması ilə diqqət çəkib.

Olay.az yazır ki, sənətçi “Space Star”da Əməkdar artist Elza Seyidcahanla olan
qalmaqalından danışıb.

“Öyrənmiş xasiyyətə tövbə yoxdur. Min dəfə düşün, bir dəfə de. Bu xanımın
hövsələsi yoxdur. Mən özümü elə aparsaydım, hikkəmdən üzr istəməzdim. Mən Elza
xanımı elə görmək istəmirəm. O çox istedadlı və mübariz qadındır. Mən onun
birinci mühəndisi olmuşam. Birinci dəfə mənə üz tutdu. Onun varlığına
azarkeşlik etmişəm”, – deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Elgiz Əkbərin verilişində Elzanın yas mərasimlərindəki geyimləri
müzakirə yaratmış, Kərimova da ona irad bildirmişdi.

Source link