Xalq artisti: “Həkimlərim konsertə icazə vermədilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu il planda maraqlı layihələr var”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova jurnalistlərə
açıqlamasında deyib.
Sənətçi “Cristal Hall”da konsert verməyi planlaşdırdığını qeyd edib:
“Əslində, konsert ötən il olmalı idi. Amma həkimlərim icazə vermədilər. Ona
görə də bu ilə planlaşdırmışıq”.
“Bu sevgini kimə borclusunuz?” sualına isə Xalq artistinin cavabı belə olub:
“Çox mürəkkəb sualdır. Çünki borclarım çoxdur. Bu mövzuda özümü borclu hesab
etdiyim insanlar var. Tamaşaçılarımın önündə elə bir yaradıcı həyat yaşamışam
ki, baxan deyər, çox ağırdır, çətindir. Bir insan ağrılarını necə unudur?! Bu
yol mənə çətin gəlməyib, ona görə tamaşaçılarıma borcluyam ki, dərhal
bağırlarına basdılar. Sənətə əvvəllər yoxumu da qoyurdum, indi varımı da
qoyuram”.
Nəzrin Vahid