Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İl boyu bu barədə heç vaxt danışmadım. Mənə olunan zənglərin hamısından
imtina etdim. Heç bir zəngə cavab vermədim, heç bir televiziya kanalına bu
haqda danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim
özlüyümdə”.
Bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdən birində Xalq
artisti Mehriban Zəki deyib.
Aktrisa bir il əvvəl Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını
dəyişdiyi dəhşətli qəza ilə bağlı ilk dəfə geniş açıqlama verib.
“Avtomobil yolun kənarına çıxanda mən “Oqtay, Oqtay” deyib onu səslədim. İlk
zərbədə mən huşumu itirdim. Sonra huşum başıma gələndə ilk Dilarənin səsini
eşitdim. Deyirdi ki, Mehribanın üzü qandır, Oqtay. Hər şeyi dumanlı
xatırlayıram. Özümə gələndən sonra sosial şəbəkələrdə gördüm. Naxoş olan
şeylərdir onlar. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar.
Amma o şəkillərə baxanda o halım heç yadımda deyildi. Yadımda olan isə o idi
ki, gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm sonra yenə huşumu itirdim. Sonra
hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum”.
Aktrisa Oqtay Əliyevin ölümünün ona bir gün sonra söyləndiyini deyib.