decab518-5066-4683-a098-4d230be9fa65..jpg

Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”

Baxış sayı: 507 dəfə baxılıb.

Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kamran Ağabalayev, siz ekranda söyüşlə danışırsınız”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Əli Nur aktyor Kamran
Ağabalayevin “tənqidə hər zaman açığam, elə uşaqlar da, həmçinin, amma oynadığı
səkkiz filmdə səkkiz dəqiqə ekran vaxtı olan biri üçün deyil əziyyətimizi yerə
vurmaq” fikirlərinə münasibət bildirərkən deyib.

Əli Nur hesab edir ki, filmlərdə Azərbaycan mədəniyyətini təhqir edən,
alçaldan sözlər işlətmək cinayətdir:

“Mənə jurnalistlərdən biri zəng edib dedi ki, Əli müəllim, belə bir film
çəkilir, orada əxlaqsızlıqdan, fahişəlikdən danışılır, vulqar ifadələr
işlədilir. Belə bir hala münasibətiniz necədir? Dedim ki, bu ədəbsizlikdir.
Filmdə, ədəbiyyatda belə jarqonlu sözlər işlətmək qadağandır. Onu əvəz edən
ləyaqətli sözlər var. Tamaşaçıya həmin sözlər çatdırılmalıdır. Belə açıq-saçıq
sözlər kimə lazımdır? Bu eybəcərlikdir. Bunu demişəm. Kamran Ağabalayev, sən
kimsən? Sənin kimi viruslar, sənin kimi parazitlər Azərbaycan mədəniyyətinin
gəmiricisidir. Azərbaycan mədəniyyətini təhqir edib, alçaldan filmlərlə
məqsədiniz nədir? Bu, cinayətdir”.

Əli Nur Kamran Ağabalayevi debata çağırıb:

“Gəl üzbəüz oturaq, sənin dilini çəkib, qoparım yerindən. Sən mədəniyyətin nə
olduğunu bilmirsən. Filmdə açıq-aydın qadınları-qızları lüt göstərirsən,
fahişəliyi təbliğ edirsən. Sənin etdiklərinin sənətə heç bir dəxli yoxdur.
Mədəniyyət böyük şöhrətlə, ləyaqətlə xalqa təqdim edilən böyük bir tribunadır.
Amma siz ekranda söyüşlə danışırsınız. Azərbaycan xalqının mədəniyyəti
böyükdür. Bu mədəniyyət tarix boyu insanlara xidmət edib, xalqı, kütləni millət
edib”.

Qeyd edək ki, Xalq artisti Əli Nur çıxışlarının birində aktyor və ssenarist
Əlixan Rəcəbovun “Alatava” serialını tənqid edib:

“Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur.
Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir?
Söyüşsüz də təbilik olur, bu isə həyasızlıqdır”.

Sözügedən filmdə rol alan aktyor Kamran Ağabalayev isə onun fikirlərinə cavab
verib. Aktyor – “tənqidə hər zaman açığam, elə uşaqlar da, həmçinin, amma
oynadığı səkkiz filmdə səkkiz dəqiqə ekran vaxtı olan birinin başı üçün deyil
əziyyətimizi yerə vurmaq. Amma eybi yox, başı üçün olmayanların yaşına hörmət
etməyi çox şükür bilirik”, – deyə bildirib.

Source link