f80b0741-b20f-456f-bdcd-d5a5ece9cf68..jpg

Xalq artisti Könül Xasıyeva konsert verib – FOTO/VİDEO

Baxış sayı: 444 dəfə baxılıb.

Xalq artisti Könül Xasıyeva konsert verib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti Könül Xasıyeva konsert verib.

Cixisyolu.com xəbər verir ki, sənətçinin “Röyamdasan” adlı solo konsert proqramı
Heydər Əliyev Sarayı səhnəsində baş tutub.

Xalq artisti konsertə başlamazdan öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik
sükut ilə yad edib. Daha sonra üç gün öncə vəfat edən sənət dostu, Əməkdar
artist Aygün Hümmətova (Bəylər) ilə bağlı xatirələrini bölüşüb. Ona Allahdan
rəhmət diləyib.

Konsertdə Xalq artisti ilk olaraq “Naçar gedər” ifasını səsləndirib.

Baş tutan tədbirdə Xasıyeva sevilən muğamlarını, xalq mahnılarını ifa edib.

O, qiraətçi Ağalar Bayramovla səhnədə olub. Sənətkat pərəstişkarlarına
möhtəşəm gecə yaşadıb.

Qeyd edək ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül
Xasıyeva sonuncu dəfə aprel ayında konsert verib.

Nəzrin Vahid

Source link