3f41dfbf-e2c6-4383-b5a1-77446e06b16e..jpg

Xalq artisti Mübariz Tağıyevin doğum günüdür – VİDEO

Baxış sayı: 447 dəfə baxılıb.

Xalq artisti Mübariz Tağıyevin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti Mübariz Tağıyevin 76 yaşı tamam olur.

Cixisyolu.com xatırladır ki, müğənni 31 yanvar 1948-ci ildə İrəvan şəhərində anadan
olub.

İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı
kimi üzgüçülüklə məşğul olub.

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Sonralar Bakıda
Rəşid Behbudovun rəhbərliyi ilə Mahnı Teatrında solist kimi çalışıb.

1985-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində Rafiq Babayevin
rəhbərliyi ilə Estrada-simfonik orkestrinin solisti vəzifəsində işləyib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 2000-ci ildə
Azərbaycan Respublikasının “Əməkdar artisti”, 16 may 2006-cı ildə isə
Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına,14 sentyabr 2012-ci
ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Atası Hüseyn Tağıyev musiqiçi, kamança ifaçısı olub. Anası Rübabə xanım
Babayeva isə “Sovet Ermənistanı” qəzetində jurnalist vəzifəsində işləyib.

Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən iki qızı var.
M.Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.


Source link