97bf85d3-5427-4b81-b560-6a609f88d5dc..jpg

Xalq artisti Muxtar Maniyevin doğum günüdür

Baxış sayı: 477 dəfə baxılıb.

Xalq artisti Muxtar Maniyevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan kino sənətinin tanınmış simalarından biri, xalq artisti
Muxtar Maniyevin doğum günüdür.

Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini şəhərin
199 nömrəli məktəbində alıb.

Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Daha sonra Azərbaycan Dövlət
İncəsənət İnstitutunda ikinci təhsil alıb.

Muxtar Maniyevin kinoya gəlişi “Onu bağışlamaq olarmı?” filmi ilə başlayıb.
Çox keçmədən ardınca “Koroğlu” filminə çəkilib.

Sonrakı illərdə “İnsan məskən salır”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim”
filmlərində Muxtar Maniyev yaddaqalan obrazlar yaradır.

Muxtar Maniyevin “Bəyin oğurlanması” filmindəki qonaq rolu da uğurlu
rollarından biridir. “Bakıda küləklər əsir”, “Sizi dünyalar qədər sevirdim” və
digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli
insanlarının çox maraqlı obrazlarını yarada bilib.

Xalq artisti Muxtar Maniyev 22 dekabr 2016-cı ildə vəfat edib.

Source link