Xalq artisti övladları ilə film çəkdi – FOTO + VİDEO

Xalq artisti övladları ilə film çəkdi – FOTO + VİDEO

Baxış sayı: 3. 785 dəfə baxılıb.

Ötən gün Xalq artisti Azər Zeynalovun prodüserliyini etdiyi “Qaranlıq” adlı filmin təqdimat mərasimi keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, dram-dedektiv janrında çəkilən filmin rejissoru, bəstəkarı və ssenari müəllifi Kənan Zeynalov, operatoru və montajçısı İsmayıl Zeynalovdur.

Türkiyədə təhsil alan iki gəncin debüt işində ataları, Xalq artisti Azər Zeynalov onlara dəstək olub.

Ekran işində Azərbaycanın Xalq artisti Ramiz Məlik, Əməkdar artist Gülşad Baxşıyeva, Murad İsmayıl, Faiq Mirzəyev, Əzizağa Əzizov, Lalə Hüseynzadə və Nərmin Hüseynova çəkiliblər.

Rejissorun sözlərinə görə, filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanıb və ötən il yekunlaşıb.

“Film hər hansı bir sponsorun köməyi olmadan ərsəyə gəlib. Baş rolu Lalə Hüseynzadə oynayıb. Lalə peşəkar olmayan bir aktrisa idi, amma bu rolu rejissor və ssenarist kimi ona həvalə etdim”, – deyə K. Zeynalov bildirib.

Ekran əsərinin büdcəsi açıqlanmasa da, maliyyə xərclərinin çox az olduğu diqqətdən yayınmayıb.

Filmin kadrarxasında isə beş nəfərlik heyət çalışıb. 

Ekran işində baş rolu canlandıran aktyor Murad İsmayıl isə yeni işbirliyindən məmnunluq duyduğunu bildirib.

Qala gecəsində bir sıra sənət nümayəndələri iştirak etsə də, tanınmışların sayı az olub.

.
FOTO: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com