46e6404c-6a98-4b05-afe4-dd2e2d6aaea7..jpg

Xalq artisti: “Qərar verildi, bundan sonra aktyorun cənazəsi teatrın səhnəsindən götürüləcək”

Baxış sayı: 802 dəfə baxılıb.

Xalq artisti: “Qərar verildi, bundan sonra aktyorun cənazəsi teatrın
səhnəsindən götürüləcək”

“Bundan sonra vəfat edən aktyor işlədiyi teatrın səhnəsindən götürüləcək”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Aktyor bununla
bağlı Prezidentin qərarı olduğunu açıqlayıb:

“Azərbaycan dövləti aktyorlara qayğı və diqqətini artırdı, aktyorların ev,
maaşla təmin olunmasına start verildi, eyni zamanda dünyasını dəyişən
aktyorların işlədiyi teatrın səhnəsindən götürülməsi qərarı verildi. Teatrlara
dövlətin böyük qayğısı olacaq. Bütünlüklə bu məsuliyyəti dövlət üzərinə
götürdü. Bundan sonra aktyorlar dünyalarını dəyişəndə səhnədən götürüləcəklər”.

Xalq artisti onu televiziya kanalına verdiyi müsahibəyə görə qınayanlara belə
cavab verib:

“Fevralın 21-də Xalq artisti Ramiz Novruzun dəfnində bizə cənazənin saat
14:00-da qaldırılacağını bildirmişdilər. Biz tədbirə tez getdik, adamlar var
idi, amma dövlət adamlarından heç kim yox idi. Mədəniyyət Nazirliyinin
nümayəndələri ora gec gəldilər. O vaxta kimi jurnalistlər əl çəkmədi, mən də
müsahibə verəndə fikrimi dedim. Fikrimi demişəm, bundan sonra da deyəcəyəm.
Həmişə teatrı və aktyorları müdafiə eləmişəm.

Mənim çıxışımın teatra böyük xeyri oldu. İstədiyim də elə bu idi. Hamı bilir
ki, mən sözü elə-belə demirəm. Bunu məni tanıyanlar yaxşı bilir. Hünəriniz
varsa, siz də fikir bildirin. Sizi teatr maraqlandırır? Əllərindən bir iş
gəlməyən çərənçilər ancaq hürməyi bacarır. Onlar hürür, iş ondadır ki, mən iş
görürəm və incəsənətin xeyrinə nəyəsə nail oluram. Küçədə insanlar məni görəndə
maşından düşüb mənim əlimi öpülər…İndi mənim ayağımın tozu olmayanlar çaqqal
kimi ulaşır… Mənim çalışdığım bu idi, aktyorun haqqı tanınsın. Buna da nail
oldum”.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra fevralın
21-də dünyasını dəyişib. Aktyorla Akademik Milli Dram Teatrında vida
mərasiminin keçirilməməsi cəmiyyətdə böyük narazılığa səbəb olub.

Source link