126e223e-7440-4448-8513-148b641b9484..jpg

Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib” – VİDEO

Baxış sayı: 724 dəfə baxılıb.

Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Tarıyel Qasımov “Evdəkilərə salam” verilişində qonaq olub.

Cixisyolu.com xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:

“Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur – red.) o sözlərini kişi kimi
qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban
olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi
baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi
ki… O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra
onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa
bilərdim?

Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar
onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada
bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, “Evinə geri
qayıdacaqsan?” Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram”.

T.Qasımov qızının ondan imtina etdiyini etiraf edib:

“Qızımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və deyir
ki, bu məsələdə haqlı idin. Amma qızım məhkəmədə məndən imtina edib. Onun iki
övladı vardı. Oğlu xəstə olduğundan öldü. Mən ona bir kəlmə belə söz deyə
bilmərəm. Qəti olmaz. O geri addım atarsa, belə onu qəti bağışlamaram. Qəti!”

Qeyd edək ki, T.Qasımov ilk həyat yoldaşından söyüşə görə boşandığını
açıqlamışdı. O, ikinci dəfə evlənib.


Source link