Xalq artisti: “Seriallardakı aktyorlara yazığım gəlir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qızım müğənni olmaq istəyirdi. Sonra gördüm ki, oxuduqca cırıldayır. Dedim,
olmaz, oxuma. Aktrisa olmasını isə mən istəmədim”.
Lent.az-ın xəbərinə görə, bu fikirləri Xalq artisti Naibə Allahverdiyeva
efirdə səsləndirib.
O, qızının aktrisa olmasına narazılıq etməsinin səbəbindən danışıb:
“Aktrisanın şansı olmalıdır. Mən istədiyim rolları oynamadım. Aktrisa kimi
lazımi qədər istifadə olunmadım. İndi filmə çəkilmək üçün dostların, ətrafın
olmalıdır. İndi rejissorlar elə peşəkar da deyillər. Seriallardakı aktyorlara
yazığım gəlir”.