Xalq artisti: “Şövkət Ələkbərova deyirdi ki, iti, qurdu görüm, Nisəni
görməyim” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ailəm telefonu əlimdən almışdı ki, sosial şəbəkəyə baxmayım. Bəzi şeyləri
görməyimi istəmirdilər. Səhhətimə görə bunu etməliyəm”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Rəngarəng səhər”
verilişində deyib. Müğənni SSR Xalq artisti Şövkət Ələkbərova ilə aralarında
yaşanan qalmaqaldan danışıb:
“Əvvəl efirə kimlər çıxırdı. Biz də onlara qulaq asır, öyrənirdik. Yeni
vaxtlarımda utancaq idim. Bir dəfə verilişə gələndə Şövkət xanımın yanından
gəlib keçdim. Onu başqasına oxşadıb, salam vermədim. Şövkət xanım baxdı, dedi,
boy. Tərslikdən də həmin an geyimimiz eyni idi. Başqa bir proqramda da eyni
düşdük. Biz də oxuyanda hörmət naminə gəlirdik müğənnilərin yanına oxuyurduq.
Gəldim Şövkət xanımın yanına üzünü çevirdi. Əbülfət Əliyevə, Rübabə Muradovaya
yalvardım ki, məni Şovkətlə barışdır. Şövkət deyirdi ki, iti görüm, qurdu
görüm, Nisəni görməyim. İnandırmaq istəyirdim ki, onu görüb səhv salmışam.
Sonda barışdı. Küsməyimiz də, barışmağımız da səssiz oldu”.