2fdecf13-a740-4576-8cbc-e3e06a7c7007..jpg

Xalq artisti: “Teatrdan çıxdım, alverə başladım”

Baxış sayı: 845 dəfə baxılıb.

Xalq artisti: “Teatrdan çıxdım, alverə başladım”

“Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb
getmişəm də”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Qurban İsmayılov “Düzünə
qalsa…” verilişində deyib.

Aktyor başına gələn əhvalatı danışıb:

“Teatrdan çıxdım. Dedim ki, alver etmək istəyirəm. Ukraynada yaşayan qohumuma
zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak varsa, al gətir. O da qadağan
olunmuşdu axı. Risk etdim, 40 konyak alıb getdim. Sən demə, qatara bileti səhv
almışam. Sonra öz qatarıma keçdim, onda da yatıb qaldım. Konyaklar ucuz qiymətə
satıldı. Sonra o pula uşaq corabları aldım ki, satım. Heç o da satılmadı, pul
çıxmadı”

Q.İsmayılov bu həyatda ən çox əlacsızlıqdan qorxduğunu bildirib:

“Pis şeydir. Kiməsə ağız açmaq olar, ayıb deyil ki. Amma bir də var ki,
əlacsızsan. Ağız açmağa da adam yoxdur. Hər yerdən ümidin qırılıb. Çox pis
şeydir bu!”

Source link