ce0ed78b-2138-49a2-8a6c-d74a14c2b72d..jpg

Xalq artisti: “Türkiyədə həkim elə söz dedi ki, psixoloji cəhətdən çökdüm” – AÇIQLAMA

Baxış sayı: 622 dəfə baxılıb.

Xalq artisti: “Türkiyədə həkim elə söz dedi ki, psixoloji cəhətdən çökdüm” –
AÇIQLAMA

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti stabildir.

Bu barədə Cixisyolu.com-a tanınmış aktrisanın özü məlumat verib.

Aktrisa psixoloji cəhətdən çökdüyünü qeyd edib:

“Mənim problemim ayağım ilə bağlıdır. Bir neçə il öncə çəkiliş zamanı ayağım
sınmışdı. Mənə çox əziyyət verdi. Son 4-5 ay idi ki, topuq hissəmdə ağrılar var
idi. Travmadan qalan ağrılarım səngimirdi. Artıq ağrılara dözə bilmirdim.
Bakıda müalicə olundum. Lakin bir xeyri olmadı. Türkiyəyə yollandım. Orada
həkim elə sözlər dedi ki, mən psixoloji cəhətdən çökdüm.

Həkim dedi ki, “ayağının aşağı hissəsi əməliyyat ilə dondurulmalıdır. Ayaq
həmin vaxt hərəkətdə olmur. Dedim ki, “siz nə danışırsınız?” Mən aktrisayam.
Əməliyyat oluna bilmərəm. Həkimlərə etirazımı bildirdim. İki dəfə həkim mənə
eyni sözləri dedi”.

N.Allahverdiyeva ayağının İsraildə əməliyyatsız müalicə ola biləcəyini əlavə
edib:

“Hazırda Bakıdayam. Yenə ağrılarım keçmir. Ağrıkəsicilər artıq sinirlərimə
toxunur. Tamaşalarım var. Tamaşalarda oynamağa məcburam. Hamısı hərəkətlidir.
Bir qədər hərəkət olan kimi ağrılar olur. Araşdırma apardım. Məlum oldu ki,
İsraildə yaxşı həkimlər var. Əməliyyatsız müalicə oluna bilərəm. Lakin getməyə
imkan yoxdur. Diaqnoz tam olaraq qoyulmayıb. Travma ilə əlaqəlidir. Ancaq
hərəkətsiz qalmalı olduğumu bildirdilər. Başqa çarə yoxdur. Ümidim Allahadır”.

Xatırladaq ki, aktrisa Naibə Allahverdiyeva sosial şəbəkədə səhhətində ciddi
problem yaranması ilə bağlı məlumat paylaşıb. Məlum olub ki, müalicə üçün
Türkiyəyə yollanıb.

Nəzrin Vahid

Source link