c44b078e-92df-4ebb-9d91-95bcf5867ee4..jpg

Xalq artisti Yusif Eyvazov Vyanada agentlik açır

Baxış sayı: 428 dəfə baxılıb.

Xalq artisti Yusif Eyvazov Vyanada agentlik açır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Yusif Eyvazov Avstriyanın paytaxtı Vyanada beynəlxalq incəsənət
agentliyi açır.

Cixisyolu.com xəbər verir ki, bu barədə sənətçi “Instaqram” sosial şəbəkəsində
paylaşıb.

“Vyanada beynəlxalq incəsənət agentliyi açıram. Bir vaxtlar böyük səhnədə
oxumaq arzum idi. İndi isə musiqi sənayesi ilə bağlı təcrübəmi və biliklərimi
digər sənətçilərlə bölüşməyə, eləcə də onların yaradıcılıq ambisiyalarının real
imkanlara çevrilməsi üçün şərait yaratmağa hazıram. Artıq bir neçə sənətçi ilə
işləyirik. Əmin ola bilərsiniz ki, növbəti yazılarımda onlar haqqında sizə
məlumat verəcəyəm. Tezliklə opera müğənniləri üçün dinləmələr keçirməyi, opera
rejissorları və dirijorlar arasında istedad axtarmağı planlaşdırırıq” – deyə,
sənətçi paylaşımında bildirib.

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına
direktorudur.

Source link