cb0a25ba-ec40-4940-93d4-572a6d39c744..jpg

Xalq artisti Zaur Rzayev: “Gərək yersiz danışasan ki, seviləsən”

Baxış sayı: 485 dəfə baxılıb.

Xalq artisti Zaur Rzayev: “Gərək yersiz danışasan ki, seviləsən”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub
məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa
yollar var”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev verilişlərin
birində deyib. Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib:

“Yalan ayaq tutar, amma yeriməz!”. Təsəvvürünüzə gətirin ki, səsi olmayanlar
dəbdədir. “Do”, “sol” səsi olanlar çox məşhurdurlar, buna musiqi dilində kvinta
deyirlər. Amma gözəl muğam oxuyan uşaqlarımız var. Qarğanın, bülbülün də səsi
var. Allah insana da səs verib, amma bu o demək deyil ki, hamı oxumalıdır.
Bizdə isə səsi olan da, olmayan da oxuyur. Bir axara düşüb gedirlər”.

Source link