Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib:
Estetik cərrahı yenə məhkəməyə verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı
həkimi yenidən məhkəməyə verib.
“Unikal”ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon
Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora
xanımla Sevinc Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevral ayında
başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və Flora
xanımın iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilmişdi.
Qeyd edək ki, Sevinc Heydərova sosial şəbəkə hesablarında özünü plastik cərrah
kimi tanıdıb və 2021-ci ildə Flora xanımın gözlərinin üstünü estetik əməliyyat
edib, botoks vurub. Ancaq xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin
görmə qabiliyyəti tamamilə zəifləyib. Flora xanımın mətbuata verdiyi
açıqlamalara görə, Sevinc Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq,
nevroloq, lap sonda isə plastik cərrah kimi fəaliyyətini davam etdirib.