db66fb4a-6d62-42cd-83a0-b277e76deed8..jpg

Xalq artistinin oğlu atasının evini satıb: “Orada yaşaya bilmədik”

Baxış sayı: 536 dəfə baxılıb.

Xalq artistinin oğlu atasının evini satıb: “Orada yaşaya bilmədik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri
tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb.
Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa
versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün dua edir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Arif Quliyevin oğlu Rövşən
Quliyev deyib. O daha sonra əlavə edib:

“Anamın dərmanlarını pensiyası ilə alırıq. Bir-iki dərmanı var ki, bahadır.
Hərdən birini alırıq. Min manat dərmanları edir. Kömək edənlər də var.
Dayılarım da yardım edirlər. Anama hələ də qismət olmayıb ki, atamın məzarını
ziyarət etsin. Onun üçün çox darıxır. Hər gün onu yuxuda görür. Elə bizim üçün
də atamın yoxluğu çox çətindir. O sağ olsaydı, bəlkə də anam heç xəstələnməzdi,
yatağa düşməzdi”.

Rövşən Quliyev bildirib ki, atasının ölümündən sonra sənətkarın illərdir
yaşadığı evi də satıblar.

“Atam dünyasını dəyişməzdən 3 ay öncə evin sənədlərini adıma keçirdim. Ona da
demişdim ki, evi satıb iki ev alacağam. Biri bacıma, biri də bizə. Çox
sevinmişdi. Çox heyf ki, bu günləri görmədi. Onu itirəndən sonra bu evdə yaşaya
bilməzdik. Hər şey üstümüzə gəlirdi. Elə zənn edirdik ki, qapı açılacaq və
içəri girəcək. Ona görə də, evi tez satıb, iki ev aldıq”, – deyə aktyorun oğlu
bildirib.

Source link