2018-ci ilin I rübünün yekunlarına əsasən, ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayış etdirib.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, belə ki, bankın aktivləri 2017-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 412 mln manat və yaxud 22,72 % artaraq, 2 225.65 milyon manat təşkil edib.
Bankın kredit portfeli I rüb ərzində 10.3 milyon manat və yaxud 0,79% artaraq, 1 322.55 milyon manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.
Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 318.99 milyon manat və yaxud 27,24% artaraq, 1 489.90 milyon manata çatıb. Bank rübü 7. 522 milyon manat xalis mənfəətlə başa vurub.
Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə “Xalq Bank” ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirib.