Xalq rəssamı Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş sərgi keçirilib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprel ayının 12-də Müasir İncəsənət Muzeyində Azərbaycanın dünyaca tanınmış
ustad rəngkarı və xalq rəssamı Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı 75 illik
yubiley sərgisinin açılış mərasimi olub.
Cixisyolu.com xəbər verir ki, sərgidə rəssamın son zamanlarda yaratdığı 72 ədəd həm
rəngkarlıq, həm qrafik əsərləri nümayiş olunur. Sərgilənən əsərlər Azərbaycanın
və İslam dünyasının zəngin mədəni köklərini əks etdirən simvolik elementlərdən
ilhamlanır, eyni zamanda, müasir incəsənət texnikaları ilə birləşərək Qəyyur
Yunusun özünəməxsus üslubunu vurğulayır.
Qeyd edək ki, sərgi aprelin 30-dək davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova