c4e0bcfc-2cd4-49be-ab08-3d496367eacc..jpg

Xalq şairi: “Mədəniyyət sahəsi daha da inkişaf etdirilməlidir”

Baxış sayı: 545 dəfə baxılıb.

Xalq şairi: “Mədəniyyət sahəsi daha da inkişaf etdirilməlidir”

“Şuşaya bayraq sancan bir xalqın, ölkənin kinostudiyasının liftinin işləməməsi
kədərlidir”.

Cixisyolu.com-ın məlumatına görə bunu Xalq şairi Ramiz Rövşən “Azərbaycan dili və
ədəbiyyatı” Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə mədəniyyət sahəsinə diqqət ayrılmalıdır:

“Mədəniyyət sahəsi daha da inkişaf etdirilməlidir. Mən inanıram ki, keçirilən
bu cür forumlar öz nəticəsini verəcək və problemlər öz həllini tapacaq”.

Xalq şairi qeyd edib ki, müəllif hüquqlarını qorumaq ciddi məsələdir və əməl
edilməlidir:

“Eyni zamanda, əlavə edim ki, heç bir şair başqasına mane olmur. Tövsiyəm
budur ki, bir-birinizi qısqanmayın”.

İlhamə Əbülfət

Source link