Xalq şairi Musa Yaqubun doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Musa Səfiməmməd oğlu Yaqubov 1937-ci il may ayının 10-da İsmayıllı rayonunun
Buynuz kəndində anadan olub.
Musa Yaqub Göyçay pedaqoji məktəbini bitirdikdən sonra, 1957-1958-ci illərdə
Tircan kənd orta məktəbində, 1958-1967-ci illərdə isə Buynuz kənd ibtidai
məktəbində müəllim işləyib.
1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin
illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub.
Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında Bədii ədəbiyyatın
təbliği bürosunda direktor müavini, 1974-1978-ci illərdə “Azərbaycan”
jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. İsmayıllı rayonunda
çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki
dünya” poeması ilə başlayıb.
“Yarpaqlar oxuyur” (1966), “Bu məhəbbət yaşadır məni” (1966, 1970), “Mənim
kainatım” (1973), “Üzü bəri baxan dağlar” (1977), “Yaxşı ki, sən varsan”
(1979), “Bir sim üstə” (1983), “İki qəlbin işığı” (1985), “Mənim sevgi taleyim”
(1988), “Ürəyimdə yerin qaldı” (1992), “Nanə yarpağı” (1996), “Payızdan yaza
yol varmı” (1999), “Ruhumla söhbət” (2000), “Bu dünyanın qara daşı göyərməz”
(2007), “Dövrün dəyirmanı” (2012) şeirlər və poemalar kitablarının müəllifidir.
Musa Yaqub 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının Xalq şairi” fəxri
adına layiq görülüb.
Xalq şairi Musa Yaqub 2021-ci il may ayının 7-də vəfat edib, doğulduğu Buynuz
kəndində dəfn edilib.
Əzizə İsmayılova