560e7257-68a5-429b-84a8-cfcc2d749c02..jpg

Xalq yazıçısı Anar: “Azərbaycan televiziyasına baxmıram”

Baxış sayı: 374 dəfə baxılıb.

Xalq yazıçısı Anar: “Azərbaycan televiziyasına baxmıram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən uzun müddətdir ki, Azərbaycan televiziyasına baxmıram”.

Bunu Moderator.az-a xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar deyib.

Anar Xurşudbanu Natəvan və Mirzə Fətəli Axundovun heykəl obrazlarından
istifadə edilərək lentə alınan reklamdan danışıb.

“Sözün düzü həmin video görüntünü görməmişəm. Sosial şəbəkələrə baxmıram.
Qəsdən baxmıram ki, axmaq-axmaq paylaşımlara qanım qaralmasın. Belə böyük
insanları, dahiləri ucuz reklamlarda istifadə etmək olmaz. Bunu qınayıram. Düz
edib həmin reklamı yayımdan qaldırıblar. Hər bir şeyin günahını Yazıçılar
Birliyində görürlər. Bir yerdə yanğın olsa, yenə də Yazıçılar Birliyinin üstünə
atacaqlar ki, niyə münasibət bildirmir?! O qədər mənasız insanlar mənasız işlər
görür ki! Hamısına Yazıçılar Birliyi cavab verməlidir?” , – deyə Anar bildirib.

Source link