Xalqımız Prezident seçkiləri ərəfəsində

Xalqımız Prezident seçkiləri ərəfəsində

Baxış sayı: 4. 627 dəfə baxılıb.

Dövlət başçısı cənab İlham Əliyevin məlum sərəncamı əsasında 11 aprel 2018- ci il tarixində ölkəmizdə əlamətdar gün Azərbaycan Respublikasında növbədənkənar prezident seçkisi keçiriləcək. Hər bir azərbaycanlı kimi Xaçmaz rayonun əhalisidə bu tədbiri səbirsizliklə gözləyir. Aprelin 11- də keçiriləcək seçkidə cənab İlham Əliyevin namizədliyi irəli sürülməsi xalq tərəfində sevinclə qarşılanır. Çünki cənab İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsində ölkəmiz dünyada sabitlik diyarına müasir dünyanın tələblərinə cavab verən bir dövlətə çevirilib, uğurları ilə  beynəlxalq aləmin diqqətini özünə cəlb edə bilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il dövrdə güclü və qüdrətli iqtisadiyyatı yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzuları reallığa çevirib. Bu müddət ərzində ölkənin regionda və beynəlxalq arenada çox böyük nüfuza sahib olmasını qeyd etmək yetərli olar. Məhz bu səbəbdən də xalq cənab İlham Əliyevi yenidən prezident görmək istiyir.

Dünyada baş verən mürəkkəb proseslər, müşahidə olunan təhdidlər fonunda Azərbaycan özünü etibarlı və məsuliyyətli tərəfdaş kimi nümayiş etdirib, xalqla rəhbərinin birliyini təmin edib,möhkəmləndirərək qoruyub saxlayıb. Bütün bu uğurların təməlində prezident İlham Əliyevin Ümümimilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyi və xalq naminə göstərdiyi  fəaliyyət dayanır. Son 15 ildə dövlətmizin başçısının  həyata keçirdiyi daxili və xarici siyasət kursunun Azərbaycanın sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edib. Ölkə daxilində siyasi, sosial,iqtisadi,mədəni, elmi, dini və digər sahələrdə aparılmış islahatlar nəticəsində cəmiyyətin bütün sahələrində ciddi keyfiyyət dəyişilikləri baş verib. Bütün bunlar olduqca əhəmiyyətli  məqamları ifadə edir. Çünki sadalanan keyfiyyətlər göstərir ki, Azərbaycan prezidenti ötən 15 il ərzində daxili və xarici siyasəti doğru prioritet istiqamətlər üzrə aparıb və eyni zamanda cəmiyyətin yeniləşməsi XXI əsrin tələbləri səviyyəsində modelləşməsinə nail olub. Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin uzaqgörənliyi və müdrüklüyü ilə ölkəni böyük və nüfuzlu beynəlxalq lahiyələrin reallaşmasında aparıcı qüvvəyə çevirib və həmdə ölkəmizi öz multikulitar və tolerant cəmiyyəti dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfə verən, nümunəvi ölkə səviyyəsinə yüksəldib.

Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai- siyasi sabitliyin fonunda gedir. Ölkəmizdə seçki qabağı mühit normaldır, ictimai- siyasi sabitlik, mükəmməl seçki sistemi mövcudur. Bu gün ölkəmizdə həyata keçirilən proqmatik siyasət yüksək meyarlara  cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişimizi uğurlu şəkildə modelləşdirir. 2014- 2018  ci illər üçün Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində də uğurlu nailiyyətlər və insanların sosial rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin  müsbət nəticəsidir. Bu gün Azərbaycanl dünya dövlətləri ilə müqayisə etsək görərik ki,  ölkəmiz böyük demokratik inkişaf dövrünü yaşayır. Bax bu inkişaf cənab İlham Əliyevin gərgin əməyini nəticəsini sübut edir. Eyni zamanda respublikanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz fəaliyyət ilə dövlətmizin inkişafına xüsusi xidmət göstərərək hər an cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz bacarığını və səylərini əsirgəmir.

Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyələrdə qorunmasına yönəlmiş qlobal fəaliyyətlər hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.

Hesab edirəm ki,xalqımız bu prezident seçkilərində də mütəşəkkil şəkildə iştirak edərək  öz layiqli namizədi hazırkı dövlət başçısı əziz Prezidentimiz cənab İlham Əliyevə etimad göstərərək ona səs verməklə öz talehlərini məhz ona etibar edəcəkdir . Kollektivimizin və Xaçmaz rayonunun əhalisinin də məqsəd və amalı  bundan ibarətdir. Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevə uğurlar və qələbə arzulayırıq.

            Nizami Həsənov                  Maliyyə Nazirliyinin Xaçmaz rayon    Maliyyə idarəsinin rəisi