Qısa arayış:
Şahin Qaçay oğlu Mahmudov 1973-cü ildə
İyulun 29-da Naxçıvan MR-ı Şərur
rayonunun Dərəkənd kəndində anadan olub.
Ali təhsillidir. Hal-hazırda Azərbaycan
respublikası Dövlət Miqrasiya Xidməti
idarəsində zabit rütbəsində xidmət edir.
Ailəlidir 5 övladı var.
Həmsöhbətimizlə tanış olmaq üçün iş yerinə yollandıq. Qarşımızda hündür boylu, enli kürək cüssəli bir oğlan dayanmışdı. 45 yaşı olmasına baxmayaraq hərəkətlərində idmançılara məxsus bir çeviklik hiss olunurdu. Qələbəsi münasibəti ilə təbrik etdik. Təvazökarlıqla “Mən neynəmişəm ki?” dedi. İş otağına keçdik. Yarışlarda qazandığı müxtəlif təltiflər otağını bəzəyirdi. Bizi maraqlandıran məqamlara verdiyimiz suallara çox səmimi şəkildə cavab verdi. Söhbətə belə başladı.
Mənim idmana marağım kiçik vaxtlarımdan başlayıb. Orta məktəbi öz kəndimizdə bitirmişəm. 1988-1989-cu illərdə idmanla müntəzəm məşğul olmağa başladım. O, dövrdə gənclərdə idmana maraq o qədərdə çox deyildi. Çünki o , vaxtlar Respublikada ictimai-siyasi vəziyyət gərginləşmişdi. Bir tərəfdən bədnam qonşularımız ərazi iddiaları, digər tərəfdən səriştəsiz idarəçilik , prinsipial qəzaların qəbul olunmaması , kreslo davası və s. amillər Dövlət tərəfindən idmana olan qayğı və diqqətin göstərilməməsi faktiki olaraq gənclərimizi ruhdan salmışdı. Belə bir mürəkkəb şəraitdə mən məşqlərimi inamla davam etdirir, karate idman növünün sirlərini öyrənirdim. Çətin olsa da ilk yarışım 1991-ci ildə İran Dövlətində keçirilən Karate yarışında iştirakım olub. Mən onda Naxçıvanda Ali məktəbdə təhsil alırdım. Təhsil alaraq könüllü olaraq hərbi xidmətə getdim. Xidmətimi bitirdikdən sonra Bakı şəhərinə qayıtdım təbii ki, idmanla ciddi məşğul olurdum. O, vaxt məni Ukraynanın Xarkov şəhərinə idman məktəbinə göndərdilər. Bir müddət Ukraynada yaşadım və inanın yığma komandasında məşğələlərimi davam etdirdim, yarışlarda Ukrayna dövlətinin döyüşçüsü kimi çıxış edirdim.
Nəhayət 1994-cü ildə öz doğma Respublikama qayıtdım, yerli yarışlarda , Türkiyə Respublikasında keçirilən yarışlarda iştirak etməyə başladım. O vaxtlar Respublikada vəziyyət çox gərgin bir durumda idi, hətta qardaş qırğın hədiyyə gəlib çatmışdı. Rəhbərliyin göstərişi ilə məni Ulu Öndərimiz mərhum Prezidentimiz Heydər Əliyevin mühafizə xidmətinə göndərdilər. Dövlət mühafizə Xidmətində 2 il xidmət etdikdən sonra, Respublika Daxili İşlər Nazirliyində xidmət etməyə başladım. 13 il DİN-nin əməkdaşı olmuşam. Bu müddətdə Polis Akademiyasının bitirmişəm.
Bir məsələni mütləq qeyd etməliyəm. Ulu öndərimiz H.Əliyev Respublikamıza rəhbərliyə başladıqdan sonra idmanda bir dirçəliş başlandı. Onun sərəncamı ilə Respublika Olimpiya Komitəsinin yaradılması və cənab prezidentimiz İlham Əliyevin Komitəyə sədr təyin edilməsi idmanımızın inkişafına ölkəmizin tanınmasına və bu gün ki qələbələrimizin qazanılmasına öz əhəmiyyətli təsirini göstərmişdi. Hörmətli prezidentimiz İ.Əliyev bu gün də idmana qayğı və diqqətini əsirgəmir ölkəmizin idmançılar ordusu əziz Prezidnetimizin bu qayğı və diqqətini minnətdarlıq hissi ilə qarsalayırlar.
Həmin dövrlərdə Beynəlxalq turnirlərdə Dünya çempionatlarında iştirak etmişəm. İndiyə qədər 34 ən mühüm yarışlarda öz gücümü və bacarığımı sınamışam. Son yarışın bu ilin, yəni 2018-ci ilin noyabr ayının 15-18-i tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatı olub. Dünya Döyüş Federasiyası bizi dəvət etmişdi. Orda köhnə döyüş dostlarımla görüşdüm, çox sevindim. Həmin döyüşdə 32 dövlət iştirak edirdi.
WFM versiyası üzrə keçirilən bu dünya çempionatında mən öz çəki dərəcəmdə I yer tutaraq qızıl medala laiq görüldüm.
Azərbaycan bayrağının möhtəşəm himnimizin sədaları altında qaldırılması məni çox həyəcanlandırdı hətta gözlərim yaşardı. Bilirsinizmi o anları unutmaq çox çətindir. İnsan qürur hissi keçirir. Təsi edici səhnə idi … Sözlə ifadə etmək mümkün deyil. Bu yarışın kuboku və medalı ölkəmizə gətirildi . Bununla fəxr edirəm.
Sonda nə demək istəyirəm hər bir yarışın öz mənəvi və psixoloji gərginliyi olur. Bu qələbədə mənə mənəvi və fiziki dəstək olan dostlarıma ,xalqımıza, məşqçi Elşən müəllimə ,Zaur müəllimə öz səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Xüsusilə idarəmizə yeni təyin olunmuş DMX-nın rəisi cənab Vüsal Hüseynova bu böyük qələbədə mənə verdiyi mənəvi dəstəyə görə çox minnətdaram.
Şahin müəllim biz də öz növbəmizdə xalqımız adından millətimiz adında öz adımızdan səni bu parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edirik. Sənə uzun ömür, cansağlığı və idmanımızda yeni-yeni qələbələr arzu edirik.
Xalqımız Sizin kimi oğulları ilə fəxr edir.