Xalqımızın fəxri ziyalısı

Xalqımızın fəxri ziyalısı

Baxış sayı: 3. 040 dəfə baxılıb.

Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyevin müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitab ingilis dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap olunmuşdur.
2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada bu kitabın ingilis dilində geniş təqdimatı keçirilmişdir. 8 ölkənin tanınmış elm və təhsil ocaqlarının, akedemik dairələrin Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) nümayəndələrinin, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilmiş, BMT-nin İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir.Xalqımızın fəxri ziyalısı
Təqdimatda eyni zamanda professor Eldar Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu təqdim olunmuşdu.
Kitab ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək 2018-ci ilin mart ayında Azərbaycan Kooperasiya Universitetinin nəşriyyatında çap edilmişdir.