774a4adc-73d9-43af-934e-53906a37098c..jpg

“Xalqın adamı” adlı film nümayiş olunub – FOTO

Baxış sayı: 557 dəfə baxılıb.

“Xalqın adamı” adlı film nümayiş olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin
anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Cixisyolu.com xəbər verir ki, baş prokuror Kamran Əliyev ulu öndər Heydər Əliyevin
həyat və fəaliyyətindən bəhs edib.

O bildirib ki, Heydər Əliyev fenomenal şəxsiyyət olub:

“Onun Azərbaycan üçün gördüyü işlər barədə yetəri qədər məlumatımız var. Mən
ümummilli lider Heydər Əliyevin tikilib başa çatdırılmasında böyük rolu olduğu
Baykal-Amur Magistralı (BAM) barədə danışmaq istərdim. Bu magistralın çox
strateji əhəmiyyəti var. O, şərqi qərblə birləşdirən bir yoldur. Azərbaycan
Prezidentiİlham Əliyev ötən ay Rusiya Prezidenti Vladimir Putinlə görüşən zaman
Heydər Əliyevin fəaliyyəti xüsusi vurğulanmışdı”.

Daha sonra baş prokuror Heydər Əliyevin uzaqgörən siyasətindən danışıb:

“Dahi şəxsiyyət sanki Azərbaycanın bu gününü görürdü. Mən onun mediadakı
çıxışlarını daim diqqətlə izləyirdim. O, məcburi köçkünlərə deyirdi ki, narahat
olmayın, siz öz doğma yurdunuza dönəcəksiniz. Bu deyilən sözlər bu gün üçün
hesablanmışdı. Zaman da göstərdi ki, bu hədəflər uzaqda deyil. Biz xoşbəxtik
ki, bu uğurların şahidi olduq”.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən
“Xalqın adamı” adlı film nümayiş olunub.

Daha çox foto burada: PhotoStock.az

Almaz Qasımova

Source link