İran XİN ABŞ, İngiltərə və Fransanın Suriyanın paytaxtı Şama təşkil etdiyi hücumu qınayıb.
ÇıxışYolu.Com xəbər verir ki, nazirliyin yaydığı bəyanatda hücumla prosesin dəyişməyəcəyi, ancaq vəziyyətin daha qarışıq bir hal alacağı bildirilib.
İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei üç ölkənin Suriyanı vurmasının müttəfiqlərə heç bir qazanc gətirməyəcəyini vurğulayıb:
“ABŞ və müttəfiqləri Suriyada törətdikləri cinayətdən heç bir şey qazanmayacaqlar. Suriyaya hücum cinayətdir. ABŞ prezidenti, İngiltərə baş naziri və Fransa prezidenti cinayətkardır”.