Xamenei Avropaya ultimatum verdi

Xamenei Avropaya ultimatum verdi

Baxış sayı: 2. 091 dəfə baxılıb.

Rəsmi Tehran İranın Vyanada bağlanmış nüvə sazişindən çıxmaması üçün Avropa ölkələrinə yeddi şərt irəli sürüb.

ÇıxışYolu.Com “Al Jazeera”yə istinadən xəbər verir ki,  bu haqda bəyanatı İranın ali dini lideri ayətullah Əli Xamenei səsləndirib.

Səslənən şərtlər arasında – İranla ticarət əməkdaşlığının davam etdirilməsi ilə bağlı Avropa banklarının qarantlar verməsi, Avropa Birliyinin İran neftinin satışının davam etdiriləcəyinə zəmanət verməsi  yer alır.

Tehran eyni zamanda Avropanın danışıqlar prosesində İranın ballistik raket proqramı və dövlətin regiondakı fəaliyyəti ilə bağlı məsələləri gündəmə çıxarmamasını tələb edir.

Xameneinin sözlərinə görə, Avropa Birliyi nüvə sazişi üzrə işlərin aparılmasında güvəniləcək bir tərəfdaş olduğunu isbat etməlidir.

.
www.ÇıxışYolu.Com