İranın ali dini lideri ayətulla Əli Xamenei Trampın İranla bağlanmış nüvə sazişini ləğv etməsi qərarını “axmaq və qeyri ciddi bir addım” kimi qiymətləndirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “PressTv” məlumat yayıb.
Xameneinin sözlərinə görə, Trampın bəyanatında çoxsaylı yalanlar yer alıb.
“Cənab Tramp, görün sizə nə deyirəm, siz tamamilə yanılırsınız.
Biz müqavilə bağlasaq da, İrana qarşı düşmən münasibətə son qoyulmadı. İndi onlar bizim regionda iştirakımızı və raketlərlə bağlı məsələni qaldırırlar. Bununla da razılaşsaq, başqa bir problem tapacaqlar.
“ABŞ ədavətinə səbəb odur ki, əvvəllər onlar İranda tam təsir gücünə malik idilərsə, İslam inqilabı bu imkanı onların əlindən aldı”, – deyə Xamenei vurğulayıb.