Yaxın Şərqdəki hərbi münaqişələr Amerika Birləşmiş Ştatları və Avropa ölkələri
regionu tərk etdikdən sonra başa çatacaq.
Cixisyolu.com-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, İranın ali
rəhbəri Seyid Əli Xamenei bildirib.
“Əgər onlar (ABŞ və Avropa) regiondan çıxsalar, şübhəsiz ki, münaqişələr,
müharibələr və toqquşmalar tamamilə dayanacaq. Regionun bütün ölkələri öz
ərazilərində və regionda özləri qayda-qanun yarada bilər, sülh, sağlamlıq və
rifah içində birlikdə yaşaya bilərlər”, – deyə o bildirib.