Xamneinin müşaviri: ABŞ böyük İran xalqı ilə bacarmayacaq

Xamneinin müşaviri: ABŞ böyük İran xalqı ilə bacarmayacaq

Baxış sayı: 2. 217 dəfə baxılıb.

İranın ali dini lideri, ayətullah Əli Xamneinin hərbi məsələlər üzrə müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana göndərdiyini bildirib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Səfəvi ABŞ-ın bütün regionu məhv etdiyini vurğulayıb:

“Əgər bu gün ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planı barədə məsələ qaldırırsa, bu, onların İranda uğursuzluqla üzləşməsi ilə bağlıdır. Amerikalılar Suriyanı tərk etməli, Qərbi Asiyadan çəkilməlidir. ABŞ böyük İran xalqı ilə bacarmayacaq”.

www.ÇıxışYolu.Com