Xameneyi: Qərb İranla müharibə aparır

Xameneyi: Qərb İranla müharibə aparır

Baxış sayı: 2. 261 dəfə baxılıb.

Qərb İranla müharibə aparır və bu müharibədə aparıcı rolu xarici dövlətlərin məxfi xidmət orqanları oynayır.

ÇıxışYolu.Com “farsnews.com”a istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneyi Tehranda kəşfiyyat xidməti əməkdaşları ilə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, İran mürəkkəb bir müharibənin episentrindədir və düşmənin casus şəbəkəsi bu münaqişənin özəyini təşkil edir. Ancaq Xameneyi qeyd edib ki, bütün imkanlarına baxmayaraq, düşmən dövlətlərin məxfi xidmət orqanları hələ ki, hər hansı uğura nail ola bilməyib.

Xameneyi bununla belə İrana qarşı müharibədə məlumat oğruluğu, siyasətçilərin siyasi kurslarını dəyişmə, insanların baxışlarını dəyişmə, maliyyə hərcmərcliyi yaratma  kimi hər metodlara əl atan düşmənə yuxarıdan aşağı baxmamağa, lazımı qiymət verməyə çağırıb.

.
www.ÇıxışYolu.Com