Son günlər qalmaqallarda adı hallanan türkiyəli aktyor Can Yaman İtaliyada “Survivor” yarışmasını apacaq.
ÇıxışYolu.Com xəbər verir ki, seriallarda oynadığı qadın həmkarlarını və onun sevən xanımları təhqir edən aktyorun fevral ayında çəkilməsi planlaşdırılan “Can borcu” serialı da təxirə salınıb. Aktyorun İspaniyada televiziya proqramında tamaşaçıya “arxa otağa keçək və mən sübut edim” sözləri deməsi serialın prodüserini əsəbləşdirib.
Yanvarda əsgərliyə gedən Canın artıq fevral ayında serial çəkilişlərinə başlaması və mart ayından serialın təqdim olunması təsdiqlənmişdi. Amma qalmaqallı açıqlamalara görə serialın gələn ilin sentyabr ayında çəkilməsi nəzərdə tutulub.
Hətta prodüser Canı baş verən hadisələrdən uzaqlaşdırmaq üçün onu xaricə istirahətə göndərib. Tətildən sonra aktyor İtaliyada “Survivor” yarışmasını aparacaq. Aparıcılıq etməsi Türkiyə mətbuatından və qalmaqallardan uzaq olması ilə bağlıdır.
Xatırladaq ki, Can Yaman öncə serialın reytinqli olması üçün qadın həmkarları ilə “mütləq sevgili olunmalıdır” fikri ilə Türkiyədə qınaq obyektinə çevrilib.
Eyni zamanda, Can müsahibələrinin birində həmkarı Demet Özdemirlə iyirminci seriyadan sonra sevgili olduqlarını etiraf edib.
Son olaraq isə İspaniyada yerli televiziya proqramlarından birinə qonaq olan aktyorun xanımlardan birinin verdiyi “buradan Can Yamanın mükəmməl, ideal bir insan olduğunu düşünərək gedəcəyik. Ancaq bizə Can Yamanın bu dünyadan olduğunu sübut edə biləcək nələrsə deyə bilərsən?” sualına “arxa otağa keçək və mən sübut edim” cavabını verməsi qalmaqala səbəb olub.
Qeyd edək ki, Can Yaman “Erkençi Kuş” serialı ilə dünyada tanınıb. Son vaxtlar isə xarici ölkələrə səfərləri və açıqlamaları ilə gündəmdədir.
Sevinc Yasinqızı