f7fcc70f-3625-4c06-a9bb-f85360e4b9f2..jpg

Xanım Hüseynovadan Antalyadakı yarışa buraxılmaması ilə bağlı açıqlama

Baxış sayı: 558 dəfə baxılıb.

Xanım Hüseynovadan Antalyadakı yarışa buraxılmaması ilə bağlı açıqlama
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın beş paracüdoçusu Türkiyədə keçirilən Qran-pri yarışlarına
buraxılmayıb. Onlardan biri Xanım Hüseynova yaranan çətinliklə bağlı danışıb.

“Qafqazinfo”ya danışan təcrübəli idmançı Beynəlxalq Cüdo Federasiyasının əlavə
sənəd tələb etdiyini bildirib:

“Hazırda Antalyadayıq. Testdən keçməmək və yaxud buraxılmamaq kimi bir şey
yoxdur. Əlavə sənəd istəyiblər. Sənədləri təqdim edib Gürcüstanda keçiriləcək
növbəti yarışa qatılacağıq. Beynəlxalq Cüdo Federasiyasının açıqladığı
nəticələr növbəti yarışda testdən keçəcək idmançıların siyahısıdır.

Qaydalar hər dəfə dəyişir. Bir xəstəliyin fərqli aparatlardan keçməsi üçün
sənədlər tələb olunur. Digər paracüdoçuların testlərdən necə keçməsi ilə bağlı
bizdə məlumat yoxdur”.

Source link