608195b9-24d0-4b86-929b-44b186b7e554..jpg

Xanım idmançımız Avropa çempionu oldu

Baxış sayı: 666 dəfə baxılıb.

Xanım idmançımız Avropa çempionu oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan taekvondo millisi Serbiyanın paytaxtı Belqradda yeniyetmələr
arasında keçirilən Avropa çempionatında iki medal qazanıb.

Federasiyadan verilən məlumata görə, komandamız yarışın ikinci günündə bir
qızıl və bir bürünc mükafata sahib olub.

İlk mərhələdən azad olan Şəms Əlizadə (160 sm) debüt görüşündə isveçli Nazah
Valiulla ilə üz-üzə gəlib. Rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan
taekvondoçumuz 1/4 finalda Barba Strjemkovskanı (Polşa) da eyni hesabla məğlub
edib. O, yarımfinalda Laura Kuyaçuçla (Bosniya və Herseqovina) qarşılaşıb və bu
görüşü də aktivinə yazıb – 2:0.

Şəms uğurlu seriyanı finalda da davam etdirib. Serbiyalı Sanya Brkiçlə döyüşən
yığma üzvü bu dəfə də hər iki hissəni hesabına yazıb. Ev sahibinə 2:0 hesabı
ilə qalib gələn yığma üzvü Avropa çempionu tituluna yiyələnib və Belqradda
Azərbaycan himnini səsləndirib.

Yığmamızın digər üzvü İlyas Hətəmli (160 sm) də fəxri kürsüyə yüksəlib. O,
ardıcıl olaraq Natan Degiorgio (Malta) və Dmitri Stepurenkonu (Ukrayna) 2:0
hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Taekvondoçumuz bu
mərhələdə neytral statusda çıxış edən Abubakr Şaxmaqomedovlə üz-üzə gəlib.
Hətəmli 1:2 hesabı ilə məğlub olduğundan Avropa birinciliyini 3-cü pillədə başa
vurub.

Qeyd edək ki, Əlizadə avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda
keçirilən yeniyetmələr arasında dünya birinciliyində gümüş medal əldə edib.

Source link