5f027d42-3db9-4285-a6dc-93c5ad6e13ab..jpg

Xanım Qafarovanın qızı: “İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də…”

Baxış sayı: 369 dəfə baxılıb.

Xanım Qafarovanın qızı: “İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır,
indi nənəm də…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir
ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq
şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı
yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb,
götürmək istəyəndə o biri ayağını da qırıb. Nənəmə mən, xalam, xalamın qızı və
oğlu baxır. Kim evdədirsə, o baxmağa çalışır”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Xanım Qafarovanın qızı Gövhər
Qafarova bildirib.

Gövhər bildirib ki, atası Aqil Gülmalıyev də dünyasını dəyişib.

“Atam bir ildir ki, dünyasını dəyişib. Xəstəxanada yatırdı, ciyərinə su
gəlmişdi. Yanına getsəm də, xəstəxanada onu görməyə imkan olmadı. Həkimlər
yanına buraxmadılar, görməyə icazə yox idi. İki gün sonra atamın həyat yoldaşı
zəng edib öldüyün bildirdi. Sonra evə getdim. Bu gün də məzarını ziyarət
edirəm. Əlaqəmiz var idi, danışırdıq, həmsöhbət olurduq. İnsanın ana-atasını
kiçik yaşda itirməsi çox ağırdır. O qayğını, o sevgini tam olaraq görmürsən.
Heç bilmirsən ki, valideyn qayğısı və sevgisi nə olan şeydir. Düzdür, nənəm,
xalam bu yaşıma qədər məni böyüdüb, yetərincə qayğı və sevgi veriblər, amma
təbii ki, heç biri ana-ata sevgisini əvəz edə bilməz. Tək təsəllim sadəcə onu
düşünərək həyatıma davam edirəm ki, hazırda yanımda atam və anam olsaydılar,
məni gələcəkdə necə görmək istəyərdilər? Ona uyğun olaraq da çalışıram. Tək
təsəllim hazırda budur”, – deyə Gövhər Qafarova bildirib.

Source link