2134b9bb-176e-4cf3-83fd-bc3815e3445e.png

Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb

Baxış sayı: 590 dəfə baxılıb.

“Azərpoçt” MMC-yə məxsus “Postcargo” Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt
bağlamalarının çatdırılmasına başlayıb.

Cixisyolu.com xəbər verir ki, “Azərpoçt” MMC-dən məlumat verilib.

Bildirilib ki, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət
yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət
göstərməyi planlaşdırır.

Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az
saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş
platformalarından məhsulları sifariş edə bilərlər.

“Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün
AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş
olunur”, – deyə məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1 000-dən çox
poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.

Source link