Xankəndi – Bakı ultramarafonu başa çatdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən
Xankəndi – Bakı ultramarafonu başa çatıb.
“Report”un məlumatına görə, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika
Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi
yarışın sonuncu mərhələsində idmançılar Qobustandan Bakıya 55 km məsafə qət
ediblər.
Artyom Əliyev bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda
idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı,
Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə
aparıblar.