Xankəndi – Bakı ultramarafonunun qalibi: “Qələbəni şəhidlərimizə həsr edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik”.
“Report”un məlumatına görə, bunu Xankəndi – Bakı ultramarafonunun qalibi
Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.
Həm Qobustan – Bakı marşrutunun (55 kq), həm də 380 km-lik ümumi
ultramarafonun qalibi olan idmançı uğurunu şəhidlərə həsr edib:
“Yarış çox gözəl təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq
keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik”.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda
idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı,
Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə
aparıblar.