bf2cbf13-0fc3-4eab-b913-b193fde32107..jpg

Xankəndi-Laçın yolunda 33 gündür birlik nümayiş etdirən etirazçılar – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 3. 170 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda 33 gündür birlik nümayiş etdirən etirazçılar –
YENİLƏNİB + FOTO/VİDEO

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ
iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, toplanış yerində
ekofəallar və gənc könüllülər 33 gündür birlik nümayiş etdirərək həmişəki kimi,
dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Dinc aksiya iştirakçıları dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı
narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı
yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda toplanış yerində -13-14 dərəcə şaxtanın olmasına baxmayaraq,
azərbaycanlı aktivistlərin əhval-ruhiyyəsi yüksəkdir. Onlar davamlı şəkildə
isti yer, isti çay və qidalarla təmin olunurlar.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun
Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində
Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb
vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan
oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”,
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет!
Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya
sülhməramlılarına məxsus ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

20:02

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
ümumilikdə 24 avtomobil maneəsiz hərəkət edib.

18:30

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2
təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin yük maşınları Laçından Xankəndi istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
ümumilikdə 23 avtomobil maneəsiz hərəkət edib.

16:03

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
ümumilikdə 21 avtomobil maneəsiz hərəkət edib.

14:14

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 12
təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşınları Laçından Xankəndi istiqamətinə keçid ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
ümumilikdə 19 avtomobil maneəsiz hərəkət edib.

12:55

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ
iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, aksiya yerinə bir
qrup xarici media orqanının əməkdaşları gəliblər.

Bu sıraya İtaliyanın “İl Giornale” qəzeti, İspaniyanın ABC qəzeti, EFE
agentliyi (Azərbaycandakı müxbiri), Macarıstanın “Magyar Nemzet” qəzeti,
Türkiyənin “CNN Türk” agentliyi, “Milliyet” qəzeti, “Haber Global” telekanalı,
Rusiyanın “News.ru”, “Vestnik Kavkaza” KİV-ləri, Böyük Britaniyadan araşdırmaçı
jurnalisti Taras Kuzio daxildir.

Hazırda onlar aksiyanın keçirilmə səbəbləri barədə məlumatlandırılıblar.

12:07

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
ümumilikdə 7 avtomobil maneəsiz hərəkət edib.

10:15

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin yük maşınları Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

08:55

Qarın yağmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı
yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz
aksiyası otuz üç gündür davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın
12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Etirazçılar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən
səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, aksiya iştirakçıları bu səhər də Azərbaycan Dövlət
Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda
mahnılar ifa ediblər.

Hazırda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki
tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis
dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Xatırladaq ki, ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə
Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə
34 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya
iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar

Source link