a2777bdd-32fa-479b-8c66-39dc8456a988..jpg

Xankəndi-Laçın yolunda aksiyaçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar – YENİLƏNİB+FOTO/VİDEO

Baxış sayı: 2. 033 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda aksiyaçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa
çağırırlar – YENİLƏNİB+FOTO/VİDEO

Hazırda havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi
rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam
edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya
ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc
könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını
dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının
qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun
Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində
Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb
vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan
oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”,
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет!
Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər
yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

21:55

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət
edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 74-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

20:15

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 51
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət
edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 71-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

13:13

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə
(BQXK) məxsus səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, altı minik və iki yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid
edib. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Həmçinin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə
(RSK) məxsus avtomobillərin də hərəkətinə şərait yaradılıb.

Belə ki, altı minik və 14 yük avtomobili Xankəndidən Laçın istiqamətinə
maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət
edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 20-yə çatıb.

08:40

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının
dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin
keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və
ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində
təşkil olunan etiraz aksiyası 86 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya
iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar
səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının
qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis
dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya
iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam
etdirəcəklərini bildirirlər.

Source link